KIR ÇİCEĞİ

tarla çiçəyi
KIR BEKÇİSİ
KIR LOKANTASI
OBASTAN VİKİ
Əmir Kır
Əmir Kır (17 oktyabr 1968, Şarlerua, Eno) — Türk əsilli belçikalı siyasətçi, Brüsselin 19 bələdiyyəsindən biri olan Sen-Joss-ten-Nodenin bələdiyyə sədri. 2000-ci ildə Brüsselin Sen-Joss-ten-Node bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilmişdir. Təhsil sahəsində əsasən əcnəbilərin dil öyrənməsinə əsaslanan işlər görmüşdür. 2003-cü ildə federal seçkilərə qatılmış, lakin, 220 səs fərqi ilə federal parlamentə seçilməmişdir. 13 iyul 2004-cü ildə keçirilən bölgə seçkilərinə qatılmış və Brüssel Bölgəsindən 7409 səs toplayaraq partiyasının ən çox səs toplayan ikinci namizədi kimi bölgə məclisinə seçilmişdir. 6 partiyalı koalisiyada frankofonların (Fransızca danışanların) qurduğu Sosialist Partiyanın tutacağı iki nazir mandatından biri Əmir Kıra verilmişdir. 2012-ci ilin oktyabrında keçirilən bələdiyyə seçkilərində Brüssel Hökuməti Dövlət Naziri və Sen-Joss-ten-Node bələdiyyə sədrliyinə namizəd olmuş və o dövrdə sədr olan Yan Demannezi keçmişdir. Əmir Kır 1916 səs toplarkən, Demannəz yalnız 1215 səs toplaya bilmişdir. Bu nəticə daha öncə bələdiyyə sədri ilə əldə edilən razılığa əsasən 2013-cü ildə Əmir Kırın bələdiyyə sədri kimi vəzifəsinin icrasına başlamağa şərait yaratmışdır.
Kır-Teleule (Şaran)
Kır-Teleule (başq. Ҡыр-Теләүле, rus. Кир-Тлявли) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Bazqıya kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 27 km, kənd sovetliyindən (Bazqıya): 7 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (53%), tatarlar (47%) üstünlük təşkil edir.